Alessandro Safina hələ uşaqlıqda musiqi ilə maraqlanırdı. Onun valideynləri operanın pərəstişkarları olduğundan bu sevgini oğullarına çatdırmağa çalışırdılar. 17 yaşında Florensiyada konservatoriyaya daxil olub, bir neçə ildən sonra isə Avropanın ənyaxşı musiqi teatrlarında solistlik edib. 1989-cu ildə ilk mükafatı olan Kati Riççarelli adına Beynəlxalq vokal müsabiqəsinin ardınca "Bohema","Sevilya bərbəri", "Sevgi İçkisi", "Su Pərisi", "Yevgeniy Onegin" operalarında fəal səhnə işləri və aparıcı partiyalarla çıxış etdi.
Safinanı dünya şöhrətli edən unikal bir səs, təbiicazibə və yaradıcı cəsarəti oldu. Opera ariyalarını ifa edərkən o, klassik incəsənəti sadə dinləyiciyə daha anlayışlı etməyi arzu edirdi. Nəticədə, artistin özünün sonradan "Opera rok" adlandırdığı üslub, pop-musiqisinin, akademik vokalın, soulun və müziklin elementlərini birləşdirən yeni janr yarandı.
Hollandiyada Safinaya böyük bir müvəffəqiyyət gəldi. Insieme a te albomundan olan Lunasinglı, 14 həftə ərzində Hollandiyanın hit parad zirvəsində qaldı. Albom özüburada dördlü platinə çevrildi və daha bir neçə onlarla ölkədə buraxıldı. Alessandro dünyaya Sara Braytman, Elton Con, Yuen Makqreqor, Barbara Hendrix,Sumi Ço ilə gözəl duetlər hədiyyə etdi. Bundan əlavə, o, kinoya çəkilir və Baz Lurmanın "Moulin Rouge"-u da daxil olmaqla, filmlərin soundtrack-lərinin yazılmasında iştirak edir."